Menu

Azərbaycanda gənclərin sayı açıqlanıb

02.02.2024, 10:52
Azərbaycanda gənclərin sayı açıqlanıb

Azərbaycan əhalisinin 2,3 milyon nəfərini və ya 22,7 faizini gənclər təşkil edir.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, gənclərin 52,7 faizi şəhər yerlərində, 47,3 faizi isə kənd yerlərində yaşayır. Gənclərin 48,3 faizini qadınlar təşkil edir.

Ötən il ölkədə nikaha daxil olanların 71,9 faizini gənclər təşkil edib. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28, qadınların isə 24-dür. Boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 17,5 faiz, gənc qadınların xüsusi çəkisi isə 37,9 faiz olub.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub.

Şərhlər

Sual 2024-02-02 13:33:12

Azərbaycanda gənclərin təhsili,əmək fəaliyyəti,sağlamlığı ilə mataqlanan.əməli iş aparan qurum varmı? Onların fəaliyyəti niyə görünmür?İşsizlik,Yarıtmaz təhsil və narkomaniya gncliyi məhv etdiyini niyə görən,maraqlanan,fəaliyyət göstərən qurum ortada yoxdur?

Aydın 2024-02-02 11:34:28

Bəs bu gənclərin nə qədərinin xaricdə yaşadığını niyə göstərmitsiniz. Azərbaycanda Dövlət statistika Komitəsi "Sizə nə qədər lazımdır" prinsipi ilə işlədiyindən onun rəqəmləri fuflodur.İnflyasiya faizi kimi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol