Azərbaycanda fəaliyyət göstərən xarici taksi şirkəti "Uber" sərnişinlərdən xidmət haqqı almağa başlayıb.
"AzPolitika.info" xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat veriblər.
Məlumata görə, müştərilərdən hər gediş üçün əlavə olaraq 10 qəpik xidmət haqqı alınır.
Sözügedən halın bir neçə gündür müşahidə olunduğu bildirilir.
Məlumat üçün bildirək ki, "Uber"də minimal gedişhaqqı 2 manat 50 qəpik təşkil edir.
"AzPolitika.info"



Şərhlər