Menu

"Ukrayna yay əks-hücumlarında bəzi taktiki səhvlər etdi" - Mixaylo Podolyak

02.02.2024, 15:26
"Ukrayna yay əks-hücumlarında bəzi taktiki səhvlər etdi" - Mixaylo Podolyak

Ukrayna yay əks-hücumlarında bəzi taktiki səhvlər etdi.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib.

O bildirib ki, ona görə də müəyyən problemlər olub: “Bəli, müəyyən taktiki səhvlər olub, hərbi və siyasi rəhbərlik bu barədə danışır”.

M.Podolyak Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovla həmfikir olduğunu diqqətə çatdırıb: “Ukrayna qalib gəlmək üçün yalnız müdafiə ilə kifayətlənə bilməz. Konkret strategiya olmalıdır”.

Prezident Ofisinin müşavirinin sözlərinə görə, rəsmi Kiyev fəal hücuma keçməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol