Menu

Qurban Qurbanov AFFA-nın təzminatından imtina edib – "Rövnəq Abdullayevə və Elxan Məmədova dedim ki...”

02.02.2024, 17:44
Qurban Qurbanov AFFA-nın təzminatından imtina edib – "Rövnəq Abdullayevə və Elxan Məmədova dedim ki...”

Millinin sabiq baş məşqçisi Qurban Qurbanov milli futbol komandasının baş məşqçiliyindən uzaqlaşdırılarkən AFFA-nın ödəməli olduğu təzminatı qəbul etməyib.

“Rəsmi olaraq 3 illik müqavilə bağlanmışdı. İşbirliyi başa çatanda Elxan Məmmədov və Rövnəq Abdullayev dedi ki, narahat olma, təzminat alacaqsan”, - o, yerli saytlara açıqlamasında deyib.

Q.Qurbanov bildirib ki, onların hər ikisinə deyib ki, təzminat üçün yox, Azərbaycan futboluna müəyyən fayda vermək üçün gəlib. “İşləmədiyim dövr üçün haqq etmədiyim pulu istəmərəm dedim və götürmədim də”, - o vurğulayıb.

“O, federasiyanın, Azərbaycan futbolunun puludur, onu uşaq futboluna, stadionlara və s. xərcləmək daha məqsədəuyğundur. Bir il işləyib, üç ilin pulunu almaq… Alsaydım, hansısa qanunu pozmazdım, müqavilədə göstərilmişdi, amma mən həmin məbləğdən imtina etdim”, - “Qarabağ”ın baş məşqçisi vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Roma 2024-02-02 21:07:36

Halal olsun sənə, kişi adamsan, tam səmimi sözlərimdir. Qoy sənin bu hərəkətin başqalarına da görk olsun. Can sağlığı, daha böyük müvəffəqiyyətlər arzulayıram...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol