Menu

Azərbaycanda polkovnik-leytenant boksçu qızı ilə birlikdə federasiyanı məhkəməyə verdi - FOTO

02.02.2024, 22:04
Azərbaycanda polkovnik-leytenant boksçu qızı ilə birlikdə federasiyanı məhkəməyə verdi - FOTO

Azərbaycanlı xanım boksçu Emili Rzayeva atası Emil Rzayevlə birlikdə Muay-Tay və Uşusan Federasiyasını məhkəməyə verib.

“Qaynarinfo”nun məlumatına görə, sözügedən şəxslər mülki işlə bağlı məhkəməyə müraciət ediblər.

Emili Rzayeva Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Emil Rzayevin qızıdır.

Qeyd edək ki, o, Azərbaycan boksunun tarixində ilk Avropa çempionu adını qazanan xanım idmançımızdır. Rzayeva həmçinin uşusanda-budo üzrə dünya kubokunun qalibi, boks üzrə MDB ölkələriarası və beynəlxalq turnirlərin mükafatçısı, kikboksda K-1 versiyası üzrə Avropa və dünya çempionudur, idman ustasıdır.

Şərhlər

dadaşyev 2024-02-02 23:50:49

Maşallah!Kikboks üzrə Avropa və dünya çempionu və nə qədər də incə,gözəl qızcığaz!!!Halaldı sənə a qızım! Allah qorusun bədnəzərdən!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol