Ukraynanın Rusiya ərazisindəki infrastruktur obyektlərinə PUA hücumları davam edir
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, fevralın 3-nə keçən gecə Ukrayna PUA-ları Rusiyanın iki ərazisinə - Belqorod və Volqoqrada hücum edib.
Rusiya Telegram kanallarının yaydığı məlumata görə, “Lukoil”-in Volqoqraddakı neft emalı zavodu yanır. Bunu Volqoqrad vilayətinin Fövqəladə Hallar İdarəsi də təsdiqləyib.
Xəbərdə qeyd olunur ki, Rusiya Federasiyasının Cənub Federal Dairəsindəki ən böyük neft məhsulları istehsalı müəssisəsinin ərazisinə PUA düşməsi nəticəsində partlayış baş verib. Yanğın 300 kvadratmetr ərazini əhatə edib, müvafiq xidmətlər hadisə yerində yanğının söndürülməsinə çalışır.
“AzPolitika.info”


Şərhlər