Menu

"Baydenin ayılmaq vaxtıdır” - “Amerika güc nümayiş etdirməlidir”

03.02.2024, 12:47
"Baydenin ayılmaq vaxtıdır” - “Amerika güc nümayiş etdirməlidir”

ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson Prezident Co Baydeni keçən həftə üç ABŞ hərbçisinin ölümü ilə nəticələnən PUA hücumuna cavab olaraq İrana “həddindən artıq çox siqnal verməkdə” günahlandırıb.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Conson Baydeni İrana qarşı bilərəkdən qətiyyətsiz davranmaqda ittiham edib: "Təəssüf ki, administrasiya tam bir həftə gözlədi və cavabımızın mahiyyəti ilə bağlı İran da daxil olmaqla, bütün dünyaya məlumatlar verdi. Həddindən artıq sızıldamalar və siqnalların verilməsi son bir neçə ay ərzində məruz qaldığımız hücumların qarşısını qəti şəkildə dayandırmaq qabiliyyətimizi pozur. Prezident Baydenin ayılmaq və İranı sakitləşdirmək siyasətinin iflasa uğradığını başa düşmək vaxtıdır. Sülhü təşviq etmək üçün Amerika güc nümayiş etdirməlidir”.

Xatırladaq ki, ABŞ onun İordaniyadakı hərbi bazasına PUA hücumu nəticəsində üç amerikalı hərbçinin ölümünə cavab olaraq Suriya və İraqda “İran və İranyönlü qüvvələr”in 85 hədəfinə hücumlar təşkil etdiyini açıqlayıb.

Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, ABŞ-nin Suriyada gecə saatlarında həyata keçirdiyi hava hücumları nəticəsində azı 18 yaraqlı öldürülüb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol