Menu

Zelenksi Zalujnı ilə bağlı qərarını Ağ Evlə də müzakirə edib

03.02.2024, 12:52
Zelenksi Zalujnı ilə bağlı qərarını Ağ Evlə də müzakirə edib

Ukrayna rəhbərliyi ABŞ Prezidenti Co Baydeni general Valeri Zalujnını Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı vəzifəsindən azad etmək qərarı barədə məlumat verib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Washington Post” qəzetinə müzakirələrdən xəbəri olan iki mənbə bildirib.

Qəzetin yazdığına görə, Ağ Ev bu qərarı Ukrayna Prezidenti Volodimir Zelenskinin suveren hüququ kimi tanıyaraq nə dəstək, nə də tənqid edir.

Zelenskinin Zalujnının işdən çıxarılması ilə bağlı fərmanı hələ dərc edilməyib. Bu hadisənin mümkün tarixi ilə bağlı hələ də qeyri-müəyyənlik var.

Bununla belə, “Washington Post” qeyd edir ki, Ağ Evə Zalujnı qərarınınəvvəlcədən bildirməsi ABŞ-ın Ukraynaya hərbi-siyasi dəstəkdə təsirli rolunu əks etdirir.

Zelenskinin Ağ Evə məlumat verməsiPrezidentin qərarını artıq geri dönməz etsə də, ABŞ-a belə mühüm qərara yenidən baxmağa çağırmaq imkanı verir.

Nəşr yazır ki, Ukraynanın ən populyar adamlarından biri olan Zalujnının cəbhəni tərk etməsi qoşunların mənəvi-psixoloji durumuna mənfi təsir göstərə bilər. Bu həmçinin Qərb donorlarının Ukrayna Silahlı Qüvvələrinin irəliləyən Rusiya qoşunlarını dəf edə biləcəyinə inamını sarsıdar.

Eyni zamanda, Birləşmiş Ştatların Zelenskinin qərarlarına qarşı çıxmasıAğ Evin Ukraynaya həddindən artıq təsirini göstərən amil kimi qəbul edilə bilər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol