Hərbi sursatın azlığı baxımından problem yaşayan Ukrayna öz müəssisələrinin imkanlarından istifadə edərək 1 milyon pilotsuz uçan aparat (PUA) istehsal etməyə çalışır.
"AzPolitika.info" xəbər verir ki, bu barədə ABŞ-nin "Wall Street Journal" nəşri öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, hazırda Ukraynada 62 növ dron istehsal olunur. Qeyd olunur ki, Ukrayna tərəfindən bu dronların daha uzun müddət havada qalması və sursat daşıması yönündə işlər aparılır.
Nəşr qeyd edir ki, Ukraynada çox az sayda mütəxəssisi olan kiçik bir müəssisə ay ərzində 3000 PUA istehsal edir. İddialara görə, Ukrayna bu tip müəssisələrdə aylıq istehsalı 10 minə çatdırmağı planlaşdırır.
Həmçinin bildirilir ki, PUA-ların əksər hissələri 3D printerləri vasitəsilə hazırlanır.
"AzPolitika.info"


Şərhlər