Menu

Yanukoviç hələ də Putinlə qonşudur, keçmiş baş nazirin də ünvanı bəllidir

01.12.2014, 13:35
Yanukoviç hələ də Putinlə qonşudur, keçmiş baş nazirin də ünvanı bəllidir

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç, keçmiş baş nazir Nikolay Azarov və indiki hakimiyyət tərəfindən axtarışa verilən bəzi digər keçmiş məmurlar Moskva ətrafında məskunlaşıblar.

Virtualaz.org saytı Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu ölkənin Təhlükəsizlik Xidməti sədrinin müşaviri Dmitri Tupiçenko keçmiş baş nazir Nikolay Azarovun ünvanının dəqiqləşdirildiyini, onun Moskva ətrafında yaşadığının müəyyən olunduğunu bildirib.

Lakin Tupiçenko deyib ki, Azarovun həbs olunaraq Ukraynaya təhvil verilməsi barədə sorğu göndərməyin mənası yoxdur. Çünki Rusiya hakimiyyəti Azarovu və digər keçmiş rejim mənsublarını qoruyur.

Təhlükəsizlik Xidməti rəsmisinin bildirdiyinə görə, Maydanda nümayişçilərin güllələnməsinə görə axtarılan polkovnik Pyotr Fedçukun da ünvanı dəqiqləşdirilib. O, Rusiya vətəndaşlığı alıb. Keçmiş prezident Viktor Yanukoviç isə Moskva ətrafında, prezident Vladimir Putinin Mayndroff qəsrinin cəmi bir kilometrliyində yaşayır. Yanukoviç həmin malikanəni 52 milyon dollara alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol