Menu

“Bayden Trampa söyüş söyür” - Trampın şansı artdıqca, Baydenin qəzəbi çoxalır

03.02.2024, 17:09
“Bayden Trampa söyüş söyür” - Trampın şansı artdıqca, Baydenin qəzəbi çoxalır

“ABŞ Prezidenti Co Bayden şəxsi söhbətlərində əsas siyasi rəqibi olan Donald Trampı xarakterizə edərkən nalayiq ifadələrdən və söyüşlərdən istifadə edir”. “AzPolitika.info” xəbər verir ki, bunu ABŞ-nin “Politico” nəşri yazıb.

Yazıda qeyd olunur ki, Bayden qapalı çevrədə sərt dildən istifadə etmək reputasiyasına malikdir. Baxmayaraq ki, o, İctimaiyyət qarşısında, siyasətdə ədəbsizliyin və qəddarlığın səviyyəsini azaltmağa çalışan birisi imicini saxlayır.

Qəzetin Prezidentə yaxın mənbələrinin sözlərinə görə, Bayden çoxdankı dostları və köməkçiləri qarşısında Trampı “başqalarının bədbəxtliyinə sevinən xəstə idbar” adlandırıb.

“Politico” Baydenin bundan da ağır ifadələrdən və söyüşlərdəm istifadə etdiyini bildirir.

Baydenin Trampa nifrəti heç vaxt sirr olmayıb, lakin bu nifrət Trampın prezidentliyə namizədlik şansının və reytinqinin yüksəldiyi üçün daha da artıb.

Yada salaq ki, yanvarın sonunda keçirilən sorğuda Tramp Baydeni üstələyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol