Menu

Vasitəçilər Qəzza zolağında 6 həftəlik atəşkəs elan etməyi təklif edir

03.02.2024, 17:26
Vasitəçilər Qəzza zolağında 6 həftəlik atəşkəs elan etməyi təklif edir

İsrail-HƏMAS münaqişəsinin tənzimlənməsində vasitəçi tərəflər Qəzza zolağında 6 həftəlik atəşkəs elan etməyi təklif edir .

Trend xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, təklif olunan atəşkəs qarşılığında HƏMAS-ın girov saxladığı 36 nəfərin azad edilməsi nəzərdə tutulur. HƏMAS da öz növbəsində İsrail həbsxanalarında saxlanılan 3 min fələstinli məhbusun azad olunmasını tələb edir

Qeyd olunub ki, vasitəçilər artıq atəşkəs layihəsini HƏMAS-a ötürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol