Naxçıvan Muxtar Respublikasındakı Yol Təmir İstismar idarələrinin adları və təşkilati hüquqi formaları dəyişdirilib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar verilib.
Qərara əsasən, muxtar respublikanın şəhər və rayonları üzrə 8 qurumun idarə statusu ləğv edilib.
Belə ki, Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərurdakı bu qurumlar yeni ad və təşkilati hüquqi forma ilə fəaliyyətlərini davam etdirəcəklər.
Həmin qurumlar qeyd olunan şəhər və rayonlar üzrə müvafiq olaraq məhdud məsuliyyətli cəmiyyətə (MMC) çevrilib.



Şərhlər
Ad dəyişmə əvvəlki cinayət.( yeyinti,oğurluq,vergidən yayınma və sair hallarını ört-basdır etmək üçün edilir.Bunun başqa məqsədi varsa.buyurun yazın.
Bu hakomoyyət hələ anlamayıb ki, ad dətişməklə mahityyət dəyişməz! Əsl mahiyyəti dəyişünmək vacibdir.Bu isə 30 ildir görünmür.