Menu

TALIBOVUN BU ŞİRKƏTİ DƏ LƏĞV EDİLDİ - 100 000 manatdan artıq vergi borcu var

04.02.2024, 11:55
TALIBOVUN BU ŞİRKƏTİ DƏ LƏĞV EDİLDİ - 100 000 manatdan artıq vergi borcu var

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbova məxsus olmuş şirkətlərdən biri ləğv edilib.

Söhbət əczaçılıq xidmətləri göstərən "Nəxşicahan Med” şirkətindən gedir.

Belə ki, şirkət rəsmən fəaliyyətini dayandırdığını elan edib. Bununla yanaşı şirkətin hazırda 100 000 manatdan artıq vergi borcu yığılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl işçiləri "Nəxşicahan Med” barədə Naxçıvan Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət ediblər. Məhkəmə işi hakim Gülsüm Əliyevanın icraatına verilib.

Xatırladaq ki, "Nəxşicahan Med” 2014-cü ildə qeydiyyata alınıb./İqtisadiyyat.az 

Şərhlər

Nəriman 2024-02-05 01:10:17

Bəs şirkət sahibinə qarşı hansı ölçü götürüıdü?

Türk 2024-02-04 22:32:41

ONUN HEÇ NƏYİNİ ALMAYIBLAR. ONA GÜLDƏN AĞIR BİR SÖZ DƏ DEMƏYİBLƏR. İZ AZDIRIRLAR. 100 MİLYARD ATIB BİZƏ. HƏLƏ DEYİBLƏ YAXŞI ELİYİB BU MİLLƏTİ ATMISAN. ONUN NƏYUNİSƏ ALMIŞ OLSALAR O HƏM DƏ TÜÜRMƏDƏ OLARDI. ANCAQ ÖZÜ DƏ UŞAQLARI DA ÖZ KEFLƏRİNDƏDİRLƏI. BİZİM MİLYARDLARI YERBƏ TER EDİB İZ AZDIRIRLAR

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol