Menu

Sabahdan prezident seçkiləri ilə əlaqədar təşviqat başa çatacaq

05.02.2024, 08:31
Sabahdan prezident seçkiləri ilə əlaqədar təşviqat başa çatacaq

Sabahdan növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatacaq.

“Report”un xəbərinə görə, fevralın 6-da saat 8:00-da təşviqatın aparılması dayandırılacaq.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.

Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:

1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev

7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

Şərhlər

Həqiqət 2024-02-05 14:17:06

Təşviqat var ki,hələ başa çatsın?Onsuz da MSK-nın protokolu hazırdır.7-si axşam elan edəcəklər.Amma seçicilərin 75 faizinin seçkilərdə iştirakl bir az şübhə doğurur.Yazıq müəllimlət yenə əl ayağa salınıblar..Dedikləri satakarlıqları etməsələr vay hallarına.Amma yazıqlar nə etsin,işdən çıxaracaqlar qalacaq hamı kimi ac!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol