Menu

Bakıda evdən 40 min manatlıq saat oğurlanıb - VİDEO

05.02.2024, 14:56
Bakıda evdən 40 min manatlıq saat oğurlanıb - VİDEO

Bakıda evdən 40 min manatlıq saat oğurlayan şəxs saxlanılıb.

Bu barədə Daxili işlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Zığ qəsəbəsində yerləşən evlərdən birindən 6 min manat dəyərində qızıl və 40 min manat dəyərində “Rolex” markalı qol saatı oğurlayan Qax rayon sakini, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü Hafiz Qocayev saxlanılıb.

Həmin şəxsdən əlavə olaraq 405 qram narkotik vasitə marixuana da aşkar edilərək götürülüb.

Həmçinin, Suraxanı RPİ-nin 33-cü PB-nın əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlər zamanı ümumilikdə 8 ədəd müvafiq sənədləri olmayan silah könüllü polisə təhvil verilib, müxtəlif şəxslərdən əməliyyat yolu ilə 2 ədəd odlu silah aşkar olunub, 14 fakt üzrə 3 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Şərhlər

ƏNHU 2024-02-05 23:59:44

40 mn manata da saat olar? Görəsən onun hansı özəllikləri var. Dünyanın bütün banklarını mənə versələr 40 min manat verib saat almaram. Bu nə həvəsdi bu adamlarda? Bir-birləri ilə bəns edirlər. Var-dövlətləri ilə öyünürlər. Başınız batsın xəstə, psix başınız.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol