Gorusda baş verən atışma nəticəsində Zəngəzur vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanın təhlükəsizlik rəhbərinin qardaşı Alik Abramyan yaralanıb.
“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, atışma illərlə davam edən düşmənçilik nəticəsində baş verib.
Fevralın 2-də baş verən insident zamanı 39 yaşlı Mher Musaelyan 49 yaşlı Nikolay Abramyanın UAZ markalı avtomobilini avtomat silahdan atəşə tutub. Abramyanın qardaşı, 41 yaşlı Alik ayağından güllə yarası alıb və xəstəxanaya çatdırılıb.
22 yaşlı Narek Abramyan avtomatı Musaelyanın əlindən ala bilib. Silahsız qalan şəxs bu da bıçaq çıxararaq hədə-qorxu gəlməyə başlayıb və qaçıb. Hadisə yerindən iki giliz, bir avtomat və onlarla patron aşkar edilib. Polis M.Musaelyanı axtarır.
“AzPolitika.info”


Şərhlər