“Daxili siyasi intriqalar dayandırılmalıdır” - Kliçko Zalujnını dəstəklədi

Ukrayna Silahlı Qüvvələri Baş komandanı Valeri Zalujnının gözlənilən istefası xəbəri siyasi çalarlar almağa başlayıb. 

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Zelenski hakimiyyəti ilə münasibətləri heç də hamar olmayan Kiyev meri Vitali Kliçko Zalujnının istefasına qarşı çıxıb və hakimiyyəti siyasi intriqalara son qoymağa çağırıb.

O, bu barədə öz Telegram kanalında yazıb: “Cəmiyyət Prezidentin Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnını istefaya göndərmək planları ilə bağlı vəziyyətin necə bitəcəyini müzakirə edir və gərgin şəkildə gözləyir. Təəssüf ki, siyasətin sağlam düşüncəni və dövlətin maraqlarını üstələdiyi bir məqam yetişib və bu məqam Zalujnıdan asılı deyil. Ümid edirəm ki, hakimiyyət indi atdıqları addımların ciddiliyini və məsuliyyətini anlayacaq”.

Kiyev meri qeyd edib ki, hökumətin hərəkətləri ordunun döyüş qabiliyyətini və cəmiyyətin birliyini gücləndirməyə yönəlməlidir:"Anons edilən yerdəyişmələr buna xidmət edirmi? Cəmiyyət əmin deyil. Buna da diqqət yetirmək və nəhayət, siyasi intriqa və daxili mübarizəni dayandırmaq lazımdır".

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar