Ukrayna tərəfdaşlarının növbəti hərbi yardım paketinə 300-500 kilometr mənzilli raketlərlə təchiz olunmuş "F-16" döyüş təyyarələrini daxil ediləcəyini gözləyir.
"AzPolitika.info" xəbər verir ki, bunu Ukrayna ordusunun komandanı Sergey Naiyev bildirib.
O bildirib ki, Ukrayna 300-500 kilometrlik mənzilli raketlərin təhvil veriləcəyinə də ümid edir: ““Növbəti hərbi yardım paketlərində Ukrayna "F-16"-lar və 300-500 kilometr məsafədəki hədəfləri vura bilən raketlər gözləyir. Bu, Ukrayna müdafiə qüvvələrinə döyüş meydanında daha böyük uğurlar əldə etməyə imkan verəcək",-deyə o qeyd edib.
Məlumata görə, "Strom Shadow" raketlərinə bənzər xüsusiyyətlərə malik "AGM-158 JASSM" qanadlı raketləri 450 kiloqram döyüş başlığına sahibdir.
Modifikasiyadan asılı olaraq, bu raketlər 370-500 km-dən (AGM-158A JASSM) 1300 km-ə qədər (AGM-158B JASSM-ER) məsafəni qət etməyə qadirdir.
"AzPolitika.info"


Şərhlər