Menu

Rusiyanın təyin etdiyi “nazir” Lisiçanskda öldürüldü

05.02.2024, 17:22
Rusiyanın təyin etdiyi “nazir” Lisiçanskda öldürüldü

Fevralın 3-də Rusiya tərəfindən işğal olunmuş Ukraynanın Luqansk bölgəsininLisiçansk şəhərinə endirilən zərbələr nəticəsində Kreml tərəfindən təyin olunmuş 48 yaşlı “fövqəladə hallar naziri” Aleksey Poteleşenko ölüb.

Raketlərdən biri Poteleşenkonun olduğu “Adriatik” restoranına düşüb. Rusiya hakimiyyəti buna görə Ukraynanı günahlandırır. Hadisə zamanı bir uşaq da daxil olmaqla 28 nəfərin öldüyü bildirilir.

Rus mənbələri restoranı çörək sexi kimi təsvir edir və içəridə mülki şəxslərin olduğunu iddia edir.

Ukraynanın Lisiçansk şəhər hərbi administrasiyası ictimai televiziyaya bildirib ki, çörək zavodu “cəbhə üçün çörək bişirib” və onun binası Rusiya rəsmiləri tərəfindən görüşlər üçün istifadə olunub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol