Rusiya Amerika Birləşmiş Ştatlarını bir saat ərzində məhv edə bilər.
“AzPolitika.info” xəbər verir ki, bunu Kremlin ən “parlaq” təbliğatçılarından biri olan Marqarita Simonyan Rusiya televiziyasında deyib.
Simonyan iddia edib ki, Rusiya ABŞ-ni məhv edə biləcək yeganə dövlətdir: "Biz Birləşmiş Ştatların bütün tarixində və bu gün dünyada yeganə ölkəyik ki, ABŞ-ni tamamilə məhv edə bilirik. Məsələn, bir saata. Yaxşı, bunun nə qədər vaxta olması vacib deyil - amma nəzəri cəhətdən bunu edə bilərik. Başqa bu cür ölkə yoxdur. Onlar bununla barışa bilmirlər və bilməyəcəklər”.
Bu ayın əvvəlində başqa bir Kreml təbliğatçı - Vladimir Solovyov bildirib ki, Rusiya Ukraynanı dəstəkləyən NATO-nun Baş Qərargahını vurmalıdır ki, bu da daha geniş müharibəyə səbəb olsun.
Dmitri Medvedev isə son olaraq bəyan edib ki, Ukraynanın Rusiyaya aid raket buraxılış nöqtələrini vurmasına cavab olaraq, Rusiya nüvə silahına əl ata bilər.
Bütün bunlar ondan xəbər verir ki, Kremldəkilərin və onun xidmətində duranların psixi problemləri getdikcə daha da kəskin hal alır.
“AzPolitika.info”


Şərhlər
"Ukraynanı 2-3 günə məhv edəcəyik" dedi, iki ildir hıqqınırlar.... Bundan sonra Amerikanı bir saata məhv edəcəyini demək üçün həyasızlığı dozası nə qədər olmalıdır? Deqradasiyaya uğramış rusun buna inanacağına şübhə etmirəm...
Bunlardan her gözlemek olar çünki bınlar ayıq olmur ki özlerine hesabat versinler.Ancaq bir mesele var ki bınların o silahlarının olması ise “БЛЕФ» den başqa bir şey ola bilmez,Çünki tarix boyu bunlar bütün texnika ve texnologiyaları oğurluq olub bu birmenaludır