Menu

"Ermənistan buna görə məsuliyyət daşıyır" - XİN məlumat yaydı

05.02.2024, 18:04
"Ermənistan buna görə məsuliyyət daşıyır" - XİN məlumat yaydı

Ermənistanın döşədiyi minaların qurbanlarının sayı 344-ə çatıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, 2020-ci ilin sonundan bəri mina partlaması nəticəsində 65 nəfər həlak olub.

"Son iki gündə minanın partlaması nəticəsində daha bir mülki şəxs yaralanıb. Ermənistan günahsız mülki insanların həlak olmasına görə məsuliyyət daşıyır", - qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol