Menu

"Aİ Rusiyaya qarşı tədbirlərdən yayınan şirkətlərə qarşı sanksiyalar tətbiq edəcək" - Jozep Borel

05.02.2024, 18:11
"Aİ Rusiyaya qarşı tədbirlərdən yayınan şirkətlərə qarşı sanksiyalar tətbiq edəcək" - Jozep Borel

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 13-cü sanksiya paketi çərçivəsində müxtəlif ölkələrdən olan şirkətlərə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edəcək.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel Varşavada keçirilən mətbuat konfransında bildirib.

“Məhdudlaşdırıcı tədbirlər bir çox şəxs və qurumlara, eləcə də sanksiyalarımızdan yayınan müxtəlif ölkələrin şirkətlərinə təsir edəcək”, - o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol