Ukrayna Silahlı Qüvvələri döyüş meydanında rus işğalçılarını məğlub etməklə müharibəyə son qoya bilər.
“AzPolitika.info” xəbər verir ki, bunu Almaniya Müdafiə Nazirliyində Ukrayna ilə bağlı yaradılan xüsusi qərargaha rəhbərlik edən və Kiyevə dəstəyi koordinasiya edən general-mayor Kristian Freydinq deyib.
Alman general “RND”kanalına açıqlamasında Ukraynadakı müharibənin nə vaxt bitəcəyi ilə bağlı suala belə cavab verib: “Bu, Ukrayna müharibədə qalib gələndə bitəcək”.
Hərbçi nikbinliyini onunla izah edib ki, Ukrayna Silahlı Qüvvələrinin nəyə qadir olduğunu və nəyə nail ola biləcəyini yaxşı bilir.
Qərb tərəfdaşlarının Ukraynaya göndərdiyi silahlara gəlincə, general qeyd edib ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi sistemlərin əksəriyyəti Rusiyanın istifadə etdiyindən qat-qat effektivdir: "Bu, o deməkdir ki, sizə daha az döyüş sursatı lazımdır. Biz təkcə Almaniyada bu il artilleriya sursatlarının tədarükünü iki dəfədən çox artıra biləcəyik".
General əlavə edib ki, sursat təchizatı Qərbin dəstəyində əsas məsələ olaraq qalır. Bununla yanaşı, Freydinq vurğulayıb ki, Ukrayna döyüş hissələrini bərpa etmək üçün səfərbərliyə getməlidir.
“AzPolitika.info”


Şərhlər