BAKIDA GÜCLÜ PARTLAYIŞ - Yaralı var, avtomobillərə ziyan dəyib + FOTO/VİDEO (Yenilənib)

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda qazanxanada baş vermiş partlayışla bağlı məlumat yayıb.

Qurumdan verilən xəbərə görə, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən qazanxanada partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin operativ qiymətləndirilməsi zamanı qazanxanada partlayış hadisəsinin baş verdiyi, partlayış dalğasının təsirindən qazanxana binasının yararsız vəziyyətə düşdüyü müəyyən olunub. Həmçinin, yaxınlıqdakı binanın şüşələri qırılıb və “Toyota” markalı minik avtomobilinin üzərinə daşlar tökülərək avtomobili yararsız vəziyyətə salıb. Hadisə zamanı 1 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

Bakının Yasamal rayonunda partlayış baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun İnşaatçılar prospektində yerləşən 422 saylı qazanxanada qeydə alınıb.

Partlayış nəticəsində qazanxananın divarları uçub, ətrafdakı binaların pəncərə şüşələri qırılıb, 10-dan çox minik avtomobilinə ziyan dəyib.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib.

Partlayışda xəsarət alan bir nəfər isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

ƏDALƏT 2024-02-06 09:56:45

Bunu da atin pitiminutkanin üstünə.

Son yazılar