Menu

Masazırda kişi dəm qazından boğularaq ölüb

06.02.2024, 09:57
Masazırda kişi dəm qazından boğularaq ölüb

Abşeron rayonu Masazır qəsəbəsində 40 yaşlı kişi dəm qazından boğularaq ölüb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə Xurşidbanu Natəvan küçəsi 6 ünvanında yerləşən fərdi yaşayış evində baş verib.

Belə ki, 40 yaşlı kişi hamamda çimərkən dəm qazından boğulub.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol