Menu

"F-16" məsələsi çoxdan həll olunub" - Jdanov

06.02.2024, 13:04
"F-16" məsələsi çoxdan həll olunub" - Jdanov

"F-16" qırıcılarının Ukraynaya təhvil verilməsi ABŞ-nin 60 milyard dollarlıq yardım ayırması ilə bağlı hələ də həll olunmamış məsələdən asılı deyil".

"AzPolitika.info" xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov bildirib.

Jdanov "F-16" məsələsinin çoxdan həll olunduğunu deyib.

Onun sözlərinə görə, Ukrayna hazır olan kimi Qərb təyyarələrini qəbul edəcək.

"Pilotlar təlimlərini başa vuran kimi və maddi-texniki baza bu təyyarələri qəbul etməyə hazır olan kimi, onlar dərhal Ukraynada olacaqlar. Onların 60 milyardlıq yardımla heç bir əlaqəsi yoxdur. Bu təyyarələrin pulu əvvəllər ayrılan vəsaitlər hesabına ödənilib", - ekspert əlavə edib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol