Azərbaycanda son illər dəm qazından dünyasını dəyişənlərin sayı azalsa da ölənlərin ümumi sayı hələ də yüksək olaraq qalır. Statistik məlumatlara gör, 2023-cü ildə 159 nəfər dəm qazından boğulmadan həyatını itirib. Bu ilin yanvar ayında isə bu səbəbdən 199 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib.
Zəhərlənmələrin səbəblərinə gəlincə, mütəxəsssisələr bunu vətəndaşların texniki-təhlükəsizlik qaydalarına əməl etməməsi, İran istehsalı olan keyfiyyətsiz sobalardan, yaxud kustar yolla düzəldilmiş qızdırıcılardan istifadə edilməsi, habelə əhaliyə verilən qazın standartlara uyğun olmaması ilə bağlayırlar.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, Azərbaycanda ildə təqribən 14 mlrd kubmetrə qədər qaz istehlak edilir. Onun sözlərinə görə, Qaradağ qaz emalı zavodunda adətən 4 mlrd. kubmetrədək qaz emaldan keçir.
“Bu baxımdan hökumət yeni qaz emalı zavodunun tikintisini gündəmə gətirməli və bunu tezliklə reallaşdırmalıdır. 63 il istismarda olan və modernləşdirməsi mümkün olmayan bir sənaye obyektini nədən yenisi ilə əvəz etmir bilmirəm”, - o əlavə edib.
Ekspert hesab edir ki, bu faktorun dəm qazından baş verən ölümlərlə birbaşa əlaqəsi yoxdur: “Çünki ölüm və ya zəhərlənmə ona görə baş verir ki, insanların olduğu qapalı məkanda oksigen get- gedə azalır, qazın tam yanması üçün isə oksigen lazımdır. Məhz tam yanma baş vermədiyindən dəm qazı məkanı ağuşuna almağa başlayır və insanın orqanizminə nəfəs borusu ilə getməli olan oksigeni “özünə çəkir”. Normadan az oksigen beyinə gəldiyindən insan başlayır məst olmağa və daha sonra oksigen “aclığı” kritik həddə çatanda real ölümdən əvvəlki klinik ölüm baş verir”.
İ.Şaban bildirir insanlar öz təhlükəsizliklərinə və sağlamlıqlarına özləri ciddi yanaşmalıdırlar.
“İstəyirsən ABŞ-da, ya da Dubayda dövlətə ümidli olub bacası yaxşı işləməyən, kip bağlanmış məkanda qaz yandırıb yatsan və ya çimsən - sonu ölümdür” – deyə, o, vurğulayıb.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər
Bütün cəmiyyəti yalan bürüdüyünə görə biz məqalədə adı gedən mütəxəssisin də sözlərinə inanmırıq. Biz öz ehtimalımızda qalırıq. Qaz emal edilmədən əhaliyə satılır və bunun üşün ölüm halları artır deyə düşünürük. Və heç kimə inanmırıq.
Əsas səbəb səmt qazlarının qarışdırılaraq verilməsidir.Buna nəzarət aradan götürülüb.Bu sahə tam nəzarətsiz hala gətirilib.Səmt qazlarını əhaliyə vermək cinayətdir.onu başqa emal sahələrində,sənayedə istifadə etmək olar və mümkündür.
PİTİMİNUTKALARİN QADAGASİ HEÇNƏYİ DƏYİŞMƏYƏCƏK ! SADƏCƏ KÜTLƏVİ RÜŞVƏT YİGİMİ BAŞ VERƏCƏK. ƏHALİDƏ DÖVLƏTƏ NİFRƏT YARANACAQ.
Eyer ki, problem insanlardadırsa onda bu zavod barəsində danişmağın , onu başlığa çıxarmağın adı nədir ?