İSTANBULDA MƏHKƏMƏ BİNASINA SİLAHLI HÜCUM - Terrorçular məhv edildi + FOTO/VİDEO (Yenilənib)

Türkiyənin İstanbul şəhərinin Çağlayan rayon məhkəməsinin binasının girişinə terror hücumu zamanı ölənlərin sayı artıb.Məlumata görə, hadisə zamanı yaralanan daha bir nəfər həyatını itirib. Xəstəxanaya yaralı aparılan  Dilfiraz K.  adlı vətəndaş bütün müdaxilələrə baxmayaraq həyatını itirib.

Qeyd edək ki, bu gün Çağlayanda İstanbul Ədliyyə Sarayının C qapısı qarşısındakı polis bölməsinə silahlı basqın edilib. 

"AzPolitika.info" xəbər verir ki, terror hücumu nəticəsində 3 polis əməkdaşının yaralanıb, 2 terrorçu isə məhv edilib. Qaçan terrorçulardan biri yaralı halda yaxalanıb. 

Hadisə ilə bağlı açıqlama verən Daxili İşlər Naziri Ali Yerlikaya bildirib ki, biri qadın və biri kişi olmaqla 2 terrorçu ölü olaraq yaxalanıb. 3-ü polis olmaqla 5 nəfər yaralanıb. 

Terrorçuların  DHKP/C terror təşkilatı üzvləri olduğu müəyyən edilib. 

Çağlayan Ədliyyəsində törədilən terror aktı ilə bağlı əldə edilən son məlumata görə, DHKP-C terrorçusu Pınar Birkoçun böyük bacısı Necmiye Birkoçun İstanbul 13-cü Ağır Cəza Məhkəməsində mühakimə olunduğu və bu gün hakim qarşısına çıxacağı öyrənilib.

Digər tərəfdən SABAH terrorçuların şəxsiyyət məlumatlarını əldə edib. Adanada hakim, prokuror, polis və hərbçilərə qarşı əməliyyat hazırlayarkən 11 kilo partlayıcı ilə yaxalanan 3 terrorçudan birinin də terrorçulardan 43 yaşlı Emrah Yayla olduğu məlum olub. 

Terror hücumunu təşkil edən DHKP/C terror təşkilatının üzvləri Pınar Birkoç və Emrah Yaylanın da fotoları yayılıb. Onların hər ikisi məhv edilib. 

***

13:35

Türkiyənin İstanbul şəhərinin Çağlayan rayon məhkəməsinin binasının girişinə hücum nəticəsində iki terrorçu öldürülüb, altı nəfər yaralanıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Onun sözlərinə görə, hadisə zamanı üçü polis olmaqla altı nəfər yaralanıb.

Ali Yerlikayanın verdiyi məlumata görə, zərərsizləşdirilən terrorçulardan biri kişi, digəri qadındır. Həmçinin, E.Y. və P.B. adlı hücumçuların DHKP/C (Devrimci Halk Kurtuluş Partisi - Cephesi) terror təşkilatının üzvü olduqları təsbit edilib.

Mənbə: TRT Haber

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar