Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Kiyevə gəlib.
“Mən ukraynalı dostlarımızla hərbi və maliyyə sahəsində yeni plana (50 milyard yardım paketi) uyğun olaraq, Avropa İttifaqının Ukraynaya sarsılmaz dəstəyini, eləcə də inteqrasiya yolunda islahatları müzakirə etmək üçün buradayam”, - Borel X sosial şəbəkəsində yazıb.
Bu, onun müharibə başlayandan bəri Ukraynaya 4-cü səfəridir.
Borel Varşavadan Kiyevə gəlib və burada Rusiyaya qarşı yeni sanksiyalar paketi haqqında danışıb.
“AzPoltika.info”


Şərhlər
Cənab bordel axır ki,ykraynanı da bordelxanaya çevirdi