Oktyabr ayından bəri davam edən İsrail-HƏMAS müharibəsində kritik dönüş nöqtəsi yaranıb.
“AzPolitika.info” xəbər verir ki, “Anadolu” agentliyinə açıqlama verən Fələstin mənbələri bildiriblər ki, HƏMAS Qəzzada hər biri 45 gün davam edəcək üç mərhələli əsir mübadiləsi və atəşkəs planı barədə qərər qəbul edib.
Sülh planına görə, 2023-cü il oktyabrın 7-də əsir götürülən israillilərin fələstinli məhbuslarla dəyişdirilməsi istənilib. Bundan əlavə, plana əsasən, Qəzzanın yenidən qurulmasına başlanacaq və İsrail əsgərləri Qəzza zolağından tamamilə geri çəkiləcəklər.
Digər tərəfdən İsrail mediasında yer alan xəbərlərdə İsrailin belə bir razılaşmanı qəbul etməyəcəyi öyrənilib.
“AzPolitika.info”


Şərhlər