Menu

Paşinyanın yeni rəqibi - Sabiq İrəvan meri Baş nazirə meydan oxuyur

07.02.2024, 15:50
Paşinyanın yeni rəqibi - Sabiq İrəvan meri Baş nazirə meydan oxuyur

İrəvanın sabiq meri və vaxtilə Baş nazir Nikol Paşinyana yaxın şəxs kimi tanınan Ayk Marutyan növbəti seçkidə Baş nazir postuna iddiasını irəli sürəcəyini deyib.

“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, Marutyan bu gün İrəvanı idarə edən Ağsaqqallar Şurasındakı mandatından məhrum ediləndən sonra kəskin bəyanatla çıxış edib.

Xeyli müddətdir Paşinyan hakimiyyəti ilə yola getməyən Marukyan deyib: ““Vətəndaş müqaviləsi” partiyası erməni xalqının başına o qədər fəlakətlər gətirib ki, ondan hər şey gözləmək olar. Dəfələrlə demişəm ki, tərəfdarlarımız partiya yaratmağımızı tələb edir və biz artıq bu prosesdəyik. Tezliklə elan edəcəyik ki, bizim partiyamız var və təbii ki, partiyamız Ermənistan Respublikasında baş verən bütün ən mühüm siyasi proseslərdə mütləq iştirak edəcək. Növbədənkənar seçkilər olmasa, 2026-cı il seçkilərinə mütləq hazırlaşacağıq. Mən partiyamızın başçısı olacağam, o zaman bəli, mənim namizədliyim irəli sürüləcək”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol