Menu

İsrail kəşfiyyatın məxfi məlumatları açıqlandı – Əsirlərdən neçəsi Qəzza bombalanarkən ölüb?

07.02.2024, 16:11
İsrail kəşfiyyatın məxfi məlumatları açıqlandı – Əsirlərdən neçəsi Qəzza bombalanarkən ölüb?

İsrail ordusu oktyabrın 7-də və ondan sonra Fələstinin HƏMAS hərəkatı tərəfindən əsir götürülən 50-dən artıq şəxsin öldüyünü təsdiqləyib.

İsrail hakimiyyəti bundan əvvəl Qəzza zolağında həm israilli, həm də əcnəbi 130-dan çox girovun hələ də sağ saxlanıldığını açıqlamışdı. Ancaq indi 100-dən az əsirin sağ qaldığı məlum olur.

Belə ki, “The New York Times” İsrail kəşfiyyatının məxfi sənədinə istinadən ən azı 31 girovun xeyli əvvəl həyatını itirdiyini iddia edib. Nəşr iddia edir ki, onlardan bəziləri İsrail ərazisinə hücum zamanı öldürülüb, sonra isə cəsədləri Qəzza zolağına aparılıb. Onların ölümləri o zaman təsdiqlənmədiyindən girovlar siyahısına salınıb. Digərləri aldığı yaralardan ölüb.

Bundan əlavə işğalçı İsrail ordusunun Qəzza zolağını bombaılaması nəticəsində azı 20 əsirin qətlə yetirildiyi bildirilir. İsrail ordusu tərəfindən onlardan 3-nün səhvən öldürüldüyü etiraf olunub.

Ancaq müstəqil mənbələr ölən əsirlərin hamısının işğalçı İsrail ordusunun Qəzza zolağını bombaılaması nəticəsində həyatını itirdiyini qeyd edir.

“Wall Street Journal” bir müddət əvvəl yazmışdı ki, İsrail oktyabrın 7-də HƏMAS tərəfindən əsir götürülənılərdən 50-yə yaxınının ölə biləcəyini təxmin edir. Bu rəqəm əsirlərin taleyi ilə bağlı ABŞ və Misir nümayəndələrinin iştirakı ilə aparılan danışıqlarda qeyd edilib.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol