Menu

“ABŞ yardım müqabilində Ukraynadan Sudana hərbçi göndərib” – Xarici KİV

07.02.2024, 16:37
“ABŞ yardım müqabilində Ukraynadan Sudana hərbçi göndərib” – Xarici KİV

ABŞ Sudana ukraynalı döyüşçülər göndərib.

“AzPolitika.info” xəbər verir ki, belə bir iddia ilə United World International (UWIDATA) nəşri çıxış edib.

İddia olunur ki, 2023-cü ilin avqust ayından etibarən Ukrayna Kəşfiyyat İdarəsinə bağlı xüsusi təyinatlılar Sudanda davam edən vətəndaş müharibəsində ABŞ-nin dəstəklədiyi qüvvələrlə bərabər döyüşürlər. 

Mövzu ilə bağlı Afrika mətbuatında dərc olunan qiymətləndirmələrdə ABŞ-nin Afrikadakı hərbi üstünlüyünü itirməmək üçün müttəfiq hesab etdiyi qüvvələri qitəyə göndərdiyi məlumatı paylaşılıb. Bu məlumatlara görə, ABŞ birbaşa müdaxilə yolu ilə deyil, Amerika ordusunun itki verməyəcəyinə zəmanət verildiyi hibrid müharibəsi ilə Sudanda nəzarəti saxlamağa çalışacaq.

Sudanda hökmranlığını gücləndirmək istəyən ABŞ-nin maliyyə yardımı müqabilində Kiyev administrasiyasından Sudana hərbçi göndərilməsini tələb etdiyi barədə iddialar var. Xəbərdə Zelenski administrasiyasının artan yardım müqabilində bu təklifi qəbul etdiyi bildirilir. Sudana göndərilən ukraynalı hərbçilərin NATO-nun Avropadakı bazalarında təlim keçdiyi bildirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol