Rusiyanın özündə də Ukraynada davam edən müharibənin dağıntı və fəlakətlərdən, faciələrdən başqa heç nə gətirmədiyini anlayanlar kifayət qədər çoxdur. Onların arasında hətta ultra-millətçilər və şovinistlər də var.
“AzPolitika.info” xəbər verir ki, tanınmış rusiyalı jurnalist, hərbi bloger Maksim Kalaşnikov maraqlı açıqlamalar verib.
Donbass separatçılarının məhkum olunmuş keçmiş lideri İqor Strelkovun (Qirkin) tərəfdaşı kimi tanınan Kalaşnikov “Rusiyanın Kiyevə çatmaq üçün qoşunlarının olmadığını” bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya işğal etdiyi şəhərləri viran qoyub və bu səbəbdən, yaxşı ki, Odessa və digər Ukrayna şəhərlərini ələ keçirə bilməyib: "Onlar (Rusiya hakimiyyəti) başa düşürlər ki, Kiyevə çatmayacaqlar. Səfərbərlik etmək üçün qoşunları yoxdur. Odessaya da çatmayacaqlar. Bəlkə də bu, daha yaxşıdır. Çünki Mariupol kimi Odessanı da xarabalığa çevirərdilər".
“AzPolitika.info”


Şərhlər