Fransa Ukraynaya 20 ədəd “Mirage” qırıcı-bombardmançı təyyarə göndərə bilər.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.
Məlumata görə, rəsmi Paris Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya səfəri zamanı bunu elan edə bilər.
Qeyd olunur ki, Fransa 30 il əvvəl 86 ədəd “Mirage” təyyarəsi alıb. Fransanın öz ehtiyacları üçün 55 təyyarəni modernləşdirdiyi bildirilir. Nəşr qeyd edir ki, ölkədə Fransanın ehtiyac duymadığı yəni, Ukraynaya verilməsi mümkün olan 20-yə yaxın təyyarə var.
Jurnalistlər isə bildirirlər ki, bu təyyarələr üçün Ukraynada müəyyən infrastruktur yaradılmalı və pilotlar hazırlanmalıdır.
“Ukraynanın artıq ABŞ-dən nə vaxtsa hərbi təyyarə alacağı ehtimalı getdikcə çətinləşir. ABŞ Konqresindəki rusiyapərəst Respublikaçılar aylardır Ukraynaya əlavə yardımın qarşısını alırlar. Əgər Ukrayna aviasiyası yenidən silahlanacaqsa, bunu Avropa təyyarələri ilə etməlidir”, - materialda deyilir.
“AzPolitika.info”


Şərhlər