ABŞ-nin “Oracle Advisory” təşkilatı Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı “exit -poll”un nəticələrini açıqlayıb.
Təşkilatın nümayəndəsi Vlada Qalan bildirib ki, Azərbaycanda bundan qabaq da seçkiləri müşahidə ediblər:
“Exit-poll” 40 seçki dairəsi və beş seçki məntəqəsini əhatə edib. Biz fəxrlə söyləyə bilirik ki, 63 min nəfərdən çox seçicini müşahidə etmişik. Bizim data mərkəzimiz Bakıda yerləşirdi. 20 mərkəzdən 40 işçi bütün məlumatları daxil edib, mərkəzə və emala göndərib. Builki səsvermə əvvəlki illərə nisbətən yüksək idi. Bu gün “exit-poll”u tamamladıq”.
“Oracle Advisory” təşkilatının Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı “exit-poll”un nəticələrinə görə, İlham Əliyev 93,9 faiz səs toplayıb”.
Bunu təşkilatın nümayəndəsi Corc Birnbaum bildirib.
Onun sözlərinə görə, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 1,8 faiz, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 1,5 faiz, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,2 faiz, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,9, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,4, namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev 0,3 faiz səs toplayıb.
O qeyd edib ki, bu seçki demokratiyanın qələbəsidir.


Şərhlər
Buna tragedikomediya demək daha doğru olar.Bir Prezidenliyə namizədlərəb .onların səs alma sayına bax! Yataqdan durub Przident olmaq xülyasəna düşüblər.Bunları qeydiyyata alan MSK isə saxtaakarlıq mənbəinə çevrilib.
Milli faciyəvi kinokomediya başa çatdı.
Bu təbii nəticələtdt.Çünki namizədlərin 6-sə kukla idi.