Menu

Ukrayna və Azərbaycan xalqları arasında dostluğa və ikitərəfli əməkdaşlığa həsr olunmuş fotosərgi açılıb - FOTOLAR

07.02.2024, 21:46
Ukrayna və Azərbaycan xalqları arasında dostluğa və ikitərəfli əməkdaşlığa həsr olunmuş fotosərgi açılıb - FOTOLAR

Bu günlərdə Ukrayna-Azərbaycan münasibətləri tarixində iki əlamətdar hadisə qeyd olunur - Ukrayna Xalq Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında diplomatik münasibətlərin qurulmasının 105 illiyi (8 fevral 1919-cu il) və Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin bərpasının 32-ci ildönümü (6 fevral 1992-ci il).

"AzPolitika.info" xəbər verir ki, bu münasibətlə bu gün Ukraynanın ölkəmizdəki səfirliyində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birgə Ukrayna və Azərbaycan xalqları arasında dostluğa və dövlətlərimiz arasında ikitərəfli əməkdaşlığa həsr olunmuş fotosərgi açılıb. 

Sərgidə- parlamentlərarası dostluq qruplarının həmsədrləri Valeriy Kolyux və Kamran Bayramov, Ukrayna Ali Radasının deputatı Sergey Bunin, Birləşmiş Azərbaycan Ukraynalıları İcmasının rəhbəri Tamila Musayeva, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Javad, Ukraynanın Şamaxı şəhərdəki Fəxri konsulu Mehrəli Qasımov, Ukrayna Ticarət Evinin direktoru Əlibala Məhərrəmzadə, Ukraynanın böyük dostu İqbal Babayev, həmçinin Ukrayna Mərkəzinin və Azərbaycanın digər ictimai təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində cənab səfir Vyaçeslav Kanevski ikitərəfli münasibətlərin inkişafına şəxsi töhfəsini və aktiv könüllülük fəaliyyətini həvəsləndirmək məqsədi ilə çətin anlarda rusiya təcavüzkarı ilə qarşıdurmada Ukraynaya kömək edən və dəstəkləyənlərə təşəkkürnamələr təqdim edib.

Sərgidən sonra səfirliyin inzibati binasında Ukraynanın ərazi-bütövlüyü və suverenliyi uğrunda qəhrəmancasına həlak olan soydaşlarımızın əziz xatirəsi yad edilib.

"AzPolitika.info"








Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol