Rusiyada ağır raketlər istehsal edilən zavodda partlayış – Diversiya, yoxsa...

Udmurtiyanın Votkinsk şəhərinin sakinləri çərşənbə günü axşam saatlarında şəhər yaxınlığında güclü partlayış baş verdiyini bildiriblər.

“AzPolitika.info” Rusiya teleqram kanallarına istinadla xəbər verir ki, yerli sosial media kanallarıpartlayışdan sonra yaranan yüksək alovları əks etdirən videolar yayıblar.

Bundan əlavə, bəzi teleqram kanallarında partlayışın Votkinsk Maşınqayırma Zavodunda istehsal zamanı baş verdiyi barədə xəbərlər yayılıb. Bu kanalların müəllifləri Fövqəladə Hallar Nazirliyinin regional xidmətinə istinad edirlər. Amma Fövqəladə Hallar Nazirliyinin Udmurtiya üzrə rəsmi kanalında belə dəqiqləşdirmələr olmayıb.

“Baza” teleqram kanalı özəl mənbəyə istinadən yazıb ki, partlayışa səbəb Votkinsk zavodunda keçirilən bəzi sınaqlar olub. Udmurtiyanın Zavyalovski rayonunun Vahid Dispetçer Xidmətindən TASS-a bildirilib ki, partlayış raket mühərriklərinin planlı sınaqları zamanı baş verib.

Hələlik rəsmi mənbələrdən hadisənin təfərrüatı və ya itkilər barədə məlumat yoxdur.

Votkinsk zavodu Udmurtiyanın paytaxtı İjevskdən 50 kilometr aralıda yerləşir. Müəssisə “Topol-M” və “İsgəndər” kompleksləri üçün strateji ballistik raketlər də daxil olmaqla artilleriya raketləri istehsal edir. 2023-cü ilin sonunda Votkinsk zavodu nüvə silahı komponentlərinin istehsalı üçün 19 dövlət müqaviləsi dərc edib. Zavodda sınaq meydançası var.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar