ABŞ Senatında Ukrayna, İsrail və Tayvan üçün əlavə vəsait təmin edən və miqrasiya siyasətini gücləndirən qanun layihəsi təsdiqlənməyib.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, senatorlar qanunun təsdiq edilməsi üçün lazım olan sayda səs verməyiblər. Nəzərinizə çatdıraq ki, söhbət 118 milyard dollarlıq qanun layihəsindən gedir ki, bu da Ukraynaya 60 milyard, İsrailə isə 14 milyarddan çox yardımı nəzərdə tutur.
Bundan öncə, Senatdan keçəcəyi təqdirdə belə, Nümayəndələr Palatasının Respublikaçı spikeri Mayk Conson bu layihəni səsverməyə qoymayacağını açıqlamışdı.
Bir gün əvvəl ikipartiyalı kompromis qanun layihəsini dəstəkləyən Prezident Co Bayden Donald Trampın onun qəbulunu sabotaj etməyə çalışdığını bildirib.
ABŞ Senatının daha sonra Ukrayna, İsrail və Tayvan üçün əlavə maliyyə vəsaitini ehtiva edən, lakin mübahisəli miqrasiya tədbirləri olmadan başqa qanunvericilik təklifini nəzərdən keçirəcəyi gözlənilir.
“AzPolitika.info”


Şərhlər