“Media forum” saytı bildirir ki, Maliyyə Nazirliyi dekabrın 1-də rəsmi məlumat yayaraq Milli Məclisdə ötən həftə təsdiqlənmiş 2015-ci il büdcəsinin rəqəmlərini açıqlayıb (2015-ci ilin dövlət və icmal büdcələrinin layihələri).
2015-ci il dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat, xərcləri isə 21 milyard 100 milyon manat nəzərdə tutulur. Büdcə kəsiri 1 milyard 662 milyon manat təşkil edəcək.
Dövlət büdcəsinin xərclərinin 51,9 faizi cari xərclərə, 44,4 faizi əsaslı xərclərə, 3,7 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək. 2014-cü illə müqayisədə 2015-ci ilin dövlət büdcəsi xərclərinin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 2,4 faiz artıb, cari xərclərin xüsusi çəkisi 2,3 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi isə 0,1 faiz azalıb.
Funksional istiqamətlər üzrə bu ilə nisbətən 2015-ci ilin dövlət büdcəsi xərclərində mədəniyyət, incəsənət, kütləvi informasiya və idman xərcləri 11,9 faiz, müdafiə xərcləri 8,6 faiz, səhiyyə xərcləri 7,2 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri 5,9 faiz, nəqliyyat və rabitə xərcləri 5,7 faiz, iqtisadi fəaliyyət xərcləri 5,2 faiz, təhsil xərcləri 3,5 faiz, elm xərcləri 2,5 faiz artıb.
2015-ci ildə dövlət büdcəsi xərclərinin 10 milyard 48.6 milyon manatı və ya 47,6 faizi konkret proqram və tədbirlər üçün nəzərdə tutulub. Sosial xərclərin büdcədəki xüsusi çəkisi 27,6 faiz, mütləq ifadədə isə 5 milyard 826 milyon manat təşkil edəcək.


Şərhlər