Menu

Əsgəranda kütləvi məzarlıq aşkarlanıb - FOTOLAR

08.02.2024, 14:41
Əsgəranda kütləvi məzarlıq aşkarlanıb - FOTOLAR

Xocalı rayonunun Əsgəran qəsəbəsində qala divarlarının yaxınlığında kütləvi məzarlıq aşkarlanıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hazırda məzarlıqda tapılan qalıqların ətrafında qazıntı işləri davam etdirilir.

Kütləvi məzarlıqda 8 nəfərə məxsus qalıqlar tapılıb. Bu sayın daha da artacağı ehtimal edilir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə əraziyə xarici media nümayəndələrinin də iştirakı ilə mediatur təşkil edilib.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra Şuşa həbsxanası və Daşaltı kəndi, Ağdam rayonunun Sarıcalı kəndi, Xocavənd rayonunun Edilli kəndi, Xocalı rayonunun Fərrux kəndi, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi və Kəlbəcər rayonunun Başlıbel kəndi ərazisində kütləvi məzarlıqlar aşkar edilib. Bu məzarlıqlardan indiyədək 400-ə yaxın insan qalıqları aşkarlanıb.

Şərhlər

musa 2024-02-08 16:37:11

bizi bu murdar tayfa ilə barışığa cağırırlar .baxın onların etdiklərinə bunlarnan nəinki barışıq bunları məhv etmək lazımdır .bizim onlar kimi etdiyimizin bir faktı var ,?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol