“Mirzəyev İmaməli 1985-ci ildə anadan olub. O, il yarımdır ki, xərçəng xəstəliyindən əziyyət çəkir”.
Bunu İ. Mirzəyevin yaxınları “AzPolitika.info”-ya ünvanladıqları məktubda bildiriblər.
Onlar mədə xərçəngindən əziyyət çəkən İ. Mirzəyevin hazırda vəziyyətinin olduqca ağır olduğunu bildirirlər.
“Ailəsi əlindən gələni edib. Amma hazırda maddi imkansızlıqdan mualicəsi dayanıb. Heç kim bu ailəyə yardım etmir. Üç uşaqları var və kirayədə yaşayırlar. Bu məlumatı görənləri duyarlı olmağa çağırırıq. Uşaqları atalarının bu vəziyyəti ilə əlaqədar çox sarsıntı keçirirlər. Yaşları kiçik olduğu üçün atalarının sevgisinə ve qayğısına ehtiyacları var, atalarını itirmək istəmirlər”,-deyə məktubda bildirilir.
Yaxınları İ. Mirzəyevin mualicəsi üçün dövlətin və imkanlı şəxslərin köməklik göstərməsini xahiş edirlər.
Əlaqə nömrəsi: 070-563-18-18
Bank kartı: 5239 1517 5451 8101 (Kapital Bank)
“AzPolitika.info”






Şərhlər
ALLAH KÖMƏYİ OLSUN İNŞALLAH