Menu

İraq Kürdüstan Regionunun başçısı Prezident İlham Əliyevə zəng edib

08.02.2024, 18:40
İraq Kürdüstan Regionunun başçısı Prezident İlham Əliyevə zəng edib

Fevralın 8-də İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Neçirvan Bərzani prezident seçkilərində qələbə qazanması münasibətilə İlham Əliyevə təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb.

Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və Neçirvan Bərzani keçirdikləri görüşləri məmnunluqla xatırlayaraq, bunun əməkdaşlığın genişlənməsi işinə xidmət etdiyini vurğulayıblar.

Şərhlər

ƏNHU 2024-02-09 01:37:09

Bu kimdir ki, przidentə zəng edir? Bu adam ancaq poçt vasitəsi ilə təbrik məktubunu göndərə bilərdi. Zəng etmək eninə-boyuna uyğun deyil.

Hafiz 2024-02-08 19:07:40

maraqlıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol