Rusiya Müdafiə Nazirliyi cümə axşamı günü Ukrayna ilə “100-ə 100” düsturu yeni əsir mübadiləsinin həyata keçirildiyini elan edib.
Danışıqlar nəticəsində 100 rusiyalı hərbçi Ukrayna əsirliyindən geri qaytarılıb. Nazirlik bildirib ki, əsir mübadiləsi Birləşmiş Ərəb Əmirliklərinin humanitar vasitəçiliyi ilə baş tutub. Daha sonra yeni mübadilə ilə bağlı məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski də təsdiqləyib. O, sosial şəbəkələrdə yazıb ki, daha 100 ukraynalı vətənə qayıdıb: "Milli Qvardiya, sərhədçilər, Ukrayna Silahlı Qüvvələrinin əsgərləri olmaqla əksəriyyət Mariupolun müdafiəçiləridir", - Zelenski bildirib.
Xatırladaq ki, yanvarın 31-də Rusiya hakimiyyətinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin 195 hərbçisi Ukraynadan, 195 rusiyalı hərbçi isə Ukrayna əsirliyindən geri qaytarılıb. Zelenski daha sonra bildirib ki, mübadilə nəticəsində 207 nəfər Ukraynaya qayıdıb.
Yanvarda baş tutan mübadilə həbin ayın 24-də Belqorod vilayətində İl-76 təyyarəsinin qəzaya uğramasından sonra ilk idi. Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, təyyarənin göyərtəsində 65 ukraynalı hərbi əsir olub və onlar dəyişdirilmək üçün Belqoroda aparılıb. Təyyarədə olanların hamısının öldüyü bildirilir. Rusiya rəsmiləri təyyarənin Ukrayna tərəfindən vurulduğunu bildirib.
Ukrayna hakimiyyətinin nümayəndələri, o cümlədən Zelenski təyyarədə dəyişdirilməli olan əsirlərlə bağlı rus versiyasını nə təsdiq, nə də təkzib edib. Onlar təsdiq ediblər ki, həqiqətən də mübadilə hazırlanır, lakin baş tutmayıb. Kiyev Moskvanı hərbi əsirlərin taleyi məsələsindən Ukraynada ictimai rəyə təsir etmək üçün istifadə etməkdə ittiham edib. Ukrayna hakimiyyəti faciə ilə bağlı beynəlxalq araşdırmaya çağırıb.
Rasim
“AzPolitika.info”


Şərhlər