Menu

“Trampçı” jurnalistin Putinlə müsahibəsi – Nə vaxt nümayiş etdiriləcəyi bəlli oldu

09.02.2024, 00:01
“Trampçı” jurnalistin Putinlə müsahibəsi – Nə vaxt nümayiş etdiriləcəyi bəlli oldu

Xəbər verildiyi kimi, qatı “trampçı” və Ukrayna əleyhdarı kimi tanınan məşhur amerikalı jurnalist Taker Karlson Moskvaya gedərək, Vladimir Putindən müsahibə götürüb.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Karlsonun Putinlə müsahibəsi fevralı 8-də nümayiş etdiriləcək. Bu barədə jurnalist öz “İnstaqram” səhifəsində məlumat yayıb.

Məlum olub ki, müsahibə fevralın 8-də Bakı vaxtı ilə gecə saat 03:00-da “Tacker Carlson.com” saytında nümayiş olunacaq. Jurnalist fevralın 7-də Putindən müsahibə alıb və fevralın 8-nə keçən gecə artıq Rusiyanı tərk edib.

Karlsonun Putindən müsahibə almaq qərarına fərqli reaksiyalar var. Çoxları buna tənqidi yanaşırlar. Onu Putinin təbliğatçısı kimi tənqid edirlər. ABŞ administrasiyası da bu müsahibənin daha çox Putinin maraqlarına xidmət etdiyini bildirərək, pisləyib.

Karlson buna cavab olaraq, Ukrayna Prezidenti Volodimir Zelenski ilə də müsahibə təşkil etməyə çalışacağını bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol