Menu

Azərbaycan millisinin məşqçisi: "Çətin qrupa düşdük"

08.02.2024, 22:33
Azərbaycan millisinin məşqçisi: "Çətin qrupa düşdük"

"Düşünürəm ki, çətin qrupa düşdük".

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin məşqçisi Arif Əsədov UEFA Millətər Liqasındakı püşkatma barədə danışarkən deyib.

Mütəxəssis səbətlərin ən güclü komandaları ilə qarşılaşacaqlarını söyləyib: "Həmin yığmaların hər biri ilə bu yaxınlarda oyunlarımız olub. Bu qarşılaşmalarda qalib də gəlmişik, məğlub da olmuşuq. Düşünürəm ki, maraqlı qrupdur. Milli komandamıza uğurlar arzu edirəm".

Qeyd edək ki, Azərbaycan yığması C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə üz-üzə gələcək.

Şərhlər

Etibar 2024-02-09 06:24:09

Yazdığınız tapmaca kimidir. İndi nə bilək ki, bu hansı idman növünə aiddir?.

Watchman 2024-02-08 23:45:40

Bu çətin qrupdursa, asan qrup necə olur görəsən? Yaman hiyləgərsən, indidən özünü sığortalayırsan)

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol