Menu

Bakıdakı uşaq bağçasında körpə qıza belə mənəvi işgəncə verirlər - VİDEO

01.12.2014, 16:09
Bakıdakı uşaq bağçasında körpə qıza belə mənəvi işgəncə verirlər - VİDEO

Bakının uşaq bağçasında körpələri belə incidirlər.

Milli.Az xəbər verir ki, Bakının uşaq bağçalarından birində yaşanan bu olay İnternetdə də yayılıb. Tərbiyəçilərin və sanitarların əhatəsində olan körpə qız ağlayır və “nənəmi istəyirəm” deyir. Bu məqamda bağçanın qadın əməkdaşlarından biri gülərək digərlərinə: “Ona dedim ki, nənən ölüb, darvazanın ağzındadır”, - deyir.

Digər diqqət çəkən məqam isə tərbiyəçilərdən birinin uşağı üzr istəməyə vadar etməsidir.

Məsəyə münasibət öyrənmək üçün Təhsil Nazirliyinin Məktəbəqədər Təhsil Sektorunun müdiri Nərminə Alnağıyeva ilə əlaqə saxladıq. O bildirdi ki, məkəbəqədər təhsil müəssisələrində tabeçilik qaydası dəyişdirildiyi üçün orada baş verənlərlə bağlı Təhsil Nazirliyi cavabdeh deyil. Paytaxtdakı bütün uşaq bağçalarının Bakı Şəhər İcra Hakimiyyətinə tabe olduğunu bildirdi.

Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov isə Milli.Az-ın əməkdaşı ilə söhbətində dedi ki, həmin hadisə araşdırılacaq, hadisənin baş verdiyi bağçanın müdiri də, həmin qrupdakı tərbiyəçi və sanitarlar da ən sərt şəkildə cəzalanacaqlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol