Azərbaycanda fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı göstərən dairələr məlum olub.
“Report”un xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının rəsmi saytında yerləşdirilən yekun məlumata əsasən, ən yüksək seçici fəallığı 17 saylı Yasamal üçüncü seçki dairəsində qeydə alınıb.
Bu dairədə seçici fəallığı 89,22 % olub.
Seçici fəallığının ən aşağı olduğu dairə isə 21 saylı Nəsimi-Binəqədi seçki dairəsidir. Burada seçici fəallığı 66.03 % təşkil edib.

Şərhlər
Bunun seçki yox oyunbazlıq olduğu düçki heç başlamazdan çox əvvəl namizədlərin sifətlərinə,kimliyinə .onların çıxışlarına baxanda məlum idi.Bunu hallandırmağın mənası varmı?Harada saxtakarlıq yüksək idi oradan da yazırsınız.Heç əhali kənar təsir olmadan.yəni qorxu.hədə olmadan seçkiyə getmək düşünürdümüa?Bir yarısnı işdən qovmaq.digərini həbs etmək,o biri yarısını gözəl yaşayış vəd etməklə seçki olmur.Bu təşkil edilmiş saxtakarlıq adlanır.Yazıq müəllimləri nə hala salmısınız! Az qalıb insanlar şəxsiyyətliliyini,mənliyini tam itirsin.