Menu

İmişlinin ucqar kəndlərində erkən nikah əleyhinə aksiya keçirilib - Fotolar

09.02.2024, 16:00
İmişlinin ucqar kəndlərində erkən nikah əleyhinə aksiya keçirilib - Fotolar

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi “Ucqar ərazilərdə erkən nikahların başverməsinin qarşısının alınması üçün əlverişli mühit yaradılmasına dəstəyin artırılması” təşəbbüsü çərçivəsində gənc fəalların və könüllülərin iştirakı ilə İmişli rayonunun ucqar kəndlərində erkən nikah əleyhinə aksiyalara başlayıb.

Təşkilatdsn “AzPolitika.info”ya verilən məlumata görə, aksiyalar zamanı kəndlərdə əhalinin sıx toplandığı yerlərdə erkən nikah əleyhinə posterlər asılıb, kənd sakinləri arasında bukletlər paylanılıb, onarla fərdi söhbətlər və fikir mübadilələri aparılıb. Yerli icra və bələdiyyə nümayyəndələri ilə görüşlər keçirilib, binaların qarşısına erkən nikahlar əlehyinə posterlər asılıb.

Aparılan fərdi görüşlər və söhbətlər zamanı erkən nikahları doğuran hallar və səbəblər, erkən nikah praktikasının qarşısının davamlı və effektif şəkildə alınması yolları müzakirə edilib. Yerli sakinlər tərəfindən müxtəlif fikirlər və təkliflər səsləndirilib.

Keçirilən aksiyaların məqsədi erkən nikah hallarının qarşısını almaq üçün daha effektiv, təsirli təcrübə, mexanizimləri və yanaşmaları tətbiq və təbliğ etməkdir.

Bu fəaliyyətlər Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyi ilə icra edilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol